“Barsa”nın ulduzu bu jestlə nə demək istəyib? – FOTO
“Barselona”nın yarımmüdafiəçisi Rafinya “Atletiko Madrid” azarkeşlərinə növbəti turda Çempionlar Liqasından kənarlaşdırılacaqlarını açıq şəkildə bildirib.
Aut.az xəbər verir ki, Madriddəki oyundan sonra Braziliya millisinin oyunçusu “Atletiko” azarkeşlərinin qarşısında dayanaraq onlara qarşı jestlər etməyə başlayıb, dəfələrlə “Para afuera” (“çıxışa”) deyə qışqırıb. Bununla da “hundular”ın yarımfinalda mübarizəni dayandıracağına eyham vurub.
Rafinya sonda komanda yoldaşları tərəfindən paltardəyişmə otağına aprılıb.

Aut.az
