“Trabzonspor” “Zenit”lə danışıqlara hazırdır
Türkiyənin “Trabzonspor” klubu Felipe Auqustonun transferi ilə bağlı yayda “Zenit”lə danışıqlara hazırdır.
Aut.az xıbır verir ki, “Legalbet”in mənbələrinə istinadən verdiyi məlumata görə, Qara dəniz klubu mövsümün sonunda Rusiya klubundan yeni təklifi nəzərdən keçirəcək.
Xatırladaq ki, qışda braziliyalı oyunçunu “Zenit”lə əlaqələndirən şayiələr yayılsa da, transfer baş tutmamışdı. 22 yaşlı Auqusto bu mövsüm “Trabzonspor”da 33 rəsmi oyunda 13 qol vurub.
Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Aut.az
