Çempionlar Liqası

Çempionlar Liqası: “Real” “Bavariya”ya, “Arsenal” “Sportinq”ə qarşı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.

Aut.az xəbər verir ki, bu gün yarımfinala vəsiqə qazanacaq digər iki komandanın adına aydınlıq gələcək.

“Bayern Münhen” evdə “Real Madrid”i qəbul edəcək. Almaniya nəhəngi ilk görüşdə minimal hesabla qalib gəlməyib bacarıb.
Bu cütün qalibi yarımfinalda PSJ ilə qarşılaşacaq.

“Arsenal” isə doğma meydanda “Sportinq”i sınağa çəkəcək. Tərəflərin Portuqaliyadakı duelində İngiltərə Premyer Liqasının lideri minimal hesablı qələbəyə sevinib. Cütün qalibi növbəti mərhələdə “Atletiko Madrid” ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel

23:00. “Bayern Münhen” (Almaniya) – “Real Madrid” (İspaniya)
(İlk oyun – 2:1)

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
(İlk oyun – 1:0)