Dünya futbolu

Azarkeşlərə belə təşəkkür etdi

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo portuqaliyalını super qəhrəman kimi göstərən klubun azarkeşlərinə mesaj göndərib.

“Bu gün stadionda inanılmaz atmosfer vardı. Qələbədən məmnunam. Hər oyunda çox çalışmağa davam edirik. Azarkeşlərə belə gözəl hörmətə görə təşəkkür edirəm”, – Ronaldo yazıb.

Azarkeşlər “Damak”la oyunda (2:1) pankart asıblar. Azarkeşlərin nümayiş etdirdiyi pankartda Kriştiano Ronaldo 200 rəqəmi ilə təsvir olunub. Portuqaliyalı futbol tarixində milli komandada 200 oyun keçirməyi bacaran yeganə oyunçudur.

Qeyd edək ki, “Əl-Nəsr”in qələb qolunu Ronaldo vurub.

Aut.az