Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
“Konyaspor” baş məşqçisi Aleksandar Stanojeviçlə yollarını ayırmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Qeyd olunub ki, müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
“Konyaspor” Türkiyə Superliqasında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.
