İspaniya

İroniya etdi: Düşündüklərimi desəm…

Dünən, oktyabrın 21-də “Real” La Liqanın 10-cu turunda səfərdə ” Sevilya” ilə qarşılaşıb və xal itirib – 1:1.

Aut.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra hakim Rikardo Benqoeçeanın bütün qərarlarının düzgün olduğunu desə də, bunun səmimi fikri olmadığını da etiraf edib:

“İroniya yeganə çıxış yoludur, mən düşündüklərimi deməyə başlasam, cəzalandırılacağam.

Ən sevdiyim şey “Real” ehtiyat oyunçular skamyasında oturmaq və cəzalardan qaçmaqdır. Ona görə də mən ironiyaya əl ataraq düşündüklərimi demirəm”.

Aut.az