Amerika kuboku: Uruqvay darmadağın etdi, ABŞ isə…
ABŞ-da keçirilən Amerika kuboku turniri davam edir.
Aut.az xəbər verir ki, ötən gecə C qrupunda 2-ci turun görüşləri keçirilib. İlk oyun Panama ilə ABŞ arasında baş tutub. Görüş panamalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sezar Blekman və Xose Faardo hərəyə bir dəfə fərqləniblər. Ev sahiblərinin qolunu isə Folarin Baloqun vurub.
Qrupun digər oyununda Uruqvay Boliviyanı darmadağın edib. Görüş “mavilər”in 5:0 hesablı qələbəsi ilə başa çatıb. Uruqvaylıların heyətində Maksimiliano Arauxo, Darvin Nunyes, Fakundo Pellistri, Federiko Valverde və Rodriqo Bentankur hərəyə bir qol vurub.
Bu nəticələrdən sonra Uruqvay 6 xalla liderdir. 3 xalı olan ABŞ ikinci, eyni xalı olan Panama üçüncüdür. Qrup autsayderi Boliviyanın xalı yoxdur.
Bu gün 2-ci tura yekun vurulacaq. D qrupunda Kolumbiya – Kosta Rika, Paraqvay – Braziliya görüşləri keçiriləcək.
Kopa Amerika-2024, 2-ci tur
28 iyun
C qrupu
Panama – ABŞ 2:1
Qollar: Sezar Blekman, 26. Xose Fajardo, 83. – Folarin Baloqun, 22.
Uruqvay – Boliviya 5:0
Qolar: Fakundo Pellistri, 8. Darvin Nunyes, 21. Maksimiliano Arauxo, 77. Federiko Valverde, 81. Rodriqo Bentankur, 89.
29 iyun
D qrupu
02:00 Kolumbiya – Kosta Rika
05:00 Paraqvay – Braziliya
