Gözlənilmədən maşından Əşrəf düşür və küçədə futbol oynayan uşaqlara qoşulur – VİDEO
Əşrəf Hakimi nə üçün təkcə PSJ azarkeşləri tərəfindən deyil, bütün futbol dünyası tərəfindən sevildiyini bir daha göstərdi.
Aut.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi üçün Mərakeş millisinin düşərgəsinə gedən müdafiəçi küçədə futbol oynayan uşaqları təəccübləndirib.
Uşaqların küçədə futbol oynayarkən, Hakimi maşından düşüb və onlara qoşulub. Daha sonra o, uşaqların əynindəki formaları imzalayıb.
Hakiminin özü üçün bu, sadəcə bir sevinc anı olsa da, uşaqlar üçün bir ömürlük görüşdür.
Aut.az
