Dünya cempionatı

Rodrigesdən Özbəkistana tərif: Özlərinə daha çox inansalar…

Kolumbiyalı ulduz yarımmüdafiəçi Ceyms Rodriqes  2026-cı il Dünya Kubokunda Özbəkistan millisi ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bölüşüb.

18 iyunda keçirilən oyunda Kolumbiya Özbəkistanı 3-1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Rodriges “FONtour”a verdiyi müsahibədə deyib:

“Bəli, onlar fiziki cəhətdən güclü və möhkəm komandadır. Onlar müdafiədə etibarlı oynayırlar. Düşünürəm ki, özlərinə daha çox inansalar, yaxşı nəticələr əldə edə bilərlər”.

Aut.az