ABŞ dünya çempionu olacağına inanır
ABŞ milli komandasının müdafiəçisi Kris Riçards komandasının Dünya Kubokunda qələbə uğrunda mübarizə aparmağa qadir olduğuna inanır.
Aut.az xəbər verir ki, ESPN amerikalıdan sitat gətirib:
“ABŞ komandasının çempionluğu qazanmaq niyyəti barədə danışmağın axmaqlıq olduğunu düşünmürəm. Hələ qarşıda çoxlu oyun var və biz bunu addım-addım edəcəyik. Dünya Kubokunun sonunda kuboku qaldırmaq istəyirik”.
ABŞ millisi ev turnirində iki qələbə qazanıb. Maurisio Poçettinonun komandası Paraqvayı (4-1) və Avstraliyanı (2:0) məğlub edib.
Qrup mərhələsinin son oyununda amerikalılar Türkiyə ilə qarşılaşacaq.
Aut.az
