Kateqoriyasız

“Ottava” seks qalmaqalına görə bəraət alan xokkeyçidən qurtuldu

“Ottava” rəsmi olaraq Aleks Formentonla yollarını ayırıb.

Aut.az xəbər verir ki, Formenton 2018-ci ildə cinsi təcavüzdə ittiham olunan beş xokkeyçidən biri idi. Formenton da daxil olmaqla bütün oyunçular bəraət alıblar.

“Postmedia”nın məlumatına görə, “senator”lar oyunçuya olan hüquqlarından imtina edərək onu azad agent ediblər.

Formenton 2022-ci ildən bəri NHL-də oynamayıb. Həmin vaxt o, mövsümün 79 oyununda 32 xal (18 qol, 14 məhsuldar ötürmə) toplamışdı.

O vaxtdan bəri 26 yaşlı hücumçu İsveçrədə oynayır.

Aut.az