Ferqyuson “Qlazqo Reyncers”də – FOTO
“Qlazqo Reyncers” istefaya göndərilən baş məşqçi Filip Klementə əvəzləyici tapıb.
Aut.az xəbər verir ki, cari mövsümün sonuna kimi komandaya 47 yaşlı Barri Ferqyuson başçılıq edəcək.
Oyunçu karyerası ərzində Barri Ferqyuson “Reyncers”də oynayıb və kapitan olub. Ferqyuson əsas komandanın heyətində 431 oyunda 60 qol vurub.
“Reyncers” liqa cədvəlində ikinci yerdədir. “Seltik” 13 xal öndədir. Komanda Avropa yarışlarında mübarizəni davam etdirir. “Reyncers” Avropa Liqasının 1/8 finalında “Fənərbağça” ilə qarşılaşacaq.

Aut.az
