Braziliya millisinin zədəli ulduzunun durumu açıqlandı
“Barselona”nın və Braziliya millisinin vingeri Raphinha 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasına qarşı keçirilən oyunda (3:0) zədələnib.
Aut.az xəbər verir ki, 29 yaşlı futbolçu qarşılaşmanın 40-cı dəqiqəsində meydanı tərk edib və onu Ryan əvəzləyib.
Braziliya Futbol Konfederasiyasının yaydığı açıqlamada bildirilib:
“Hücumçu Haiti ilə oyunun birinci hissəsində sağ budun arxa hissəsində ağrı hiss edib. Futbolçu artıq müalicəyə başlayıb və yenidən müayinədən keçiriləcək”.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti isə mətbuat konfransında vəziyyətlə bağlı bunları deyib:
“Rafinya sabah müayinədən keçəcək. Hazırda budun arxa hissəsində baş verən problemin dəqiq səbəbini bilmirik”.
Qeyd edək ki, Braziliya millisi Haiti üzərində 3:0 hesablı qələbə qazanıb. Rafinyanın zədəsinin ciddiliyi aparılacaq əlavə müayinələrdən sonra məlum olacaq.
