Dünya cempionatı

DÇ-2026: Bu beş oyun bukmekerlərə milyonlar qazandırıb

PARI bukmeker şirkəti DÇ-2026-nın qrup mərhələsinin birinci turunun nəticələrini açıqlayıb.

Aut.az xənər verir ki, şirkət xüsusilə ən gəlirli və zərərli oyunları qeyd edib. Bukmekerlər ən böyük qazanclarını İspaniya ilə Kabo-Verde arasında qolsuz heç-heçədən əldə etdilər. Afrikalıların 40 yaşlı qapıçısı Vozinya sosial media sensasiyasına çevrilib.

İspaniyadan böyük və ya ən azı kiçik hesablı qələbə gözləyən və yüksək qollu oyun proqnozlaşdıran PARI müştəriləri uğursuzluğa düçar olublar.

Nəticədə heç bir komanda qol vura bilməyib. Bu, bukmekerlər üçün bu il indiyə qədər ən uğurlu nəticədir. Oxşar səbəblərə görə, PARI üçün DÇ-2026-nın ilk turunun ən sərfəli beş oyunu arasında Portuqaliya – Konqo Demokratik Respublikası (1-1), Qətər – İsveçrə (1-1), Belçika – Misir (1-1) və Avstraliya – Türkiyə (2-0) yer alıb.

PARI müştəriləri üçün ən sərfəli hadisələr favoritlərin aşkar qələbələri olub. İlk beş oyuna Fransa – Seneqal (3-1), ABŞ – Paraqvay (4-1), İngiltərə – Xorvatiya (4-2), İraq – Norveç (1-4) və Argentina – Əlcəzair (3-0) daxildir.

Aut.az