Əşrəfdən təcavüz ittihamına reaksiya: Nəhayət ki, hər şeyi deyə bilərəm
PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi təcavüz hadisəsi ilə bağlı açıqlama verib. Müdafiəçiyə qarşı ittiham irəli sürülüb.
Aut.az xəbər verir ki, futbolçu sosial mediada yazıb:
“Bu barədə heç nə demədim. Təmkinli davrandım və ədalət sisteminə etibar etdim. Düşünürdüm ki, düzgün hökm çıxara bilərik. İndi bu hekayə mənə və ailəmə mənfi təsir göstərir. Sanki hədəfə çevrilmişəm. Nəhayət ki, hər şeyi deyə biləcəyim məhkəmənin başlamasını gözləyirəm”.
Ulduz müdafiəçi hazırda DÇ-2026-da Mərakeş millisinin heyətindədir.
Aut.az
