Dünya futbolu

Ronaldodan çoxmilyonluq sərmayə: Görün nə tikir – FOTO

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo böyük sərmayə qoyub.

Aut.az xəbər verir ki, bu barədə dünyada sürətlə populyarlaşan yeni idman növü olan padel haqda yazan “Padelgalen” ixtisaslaşdırılmış “Instagram” hesabı məlumat yayıb.

“Kristiano Ronaldonun şirkəti CR7 SA, Portuqaliyada ən böyük padel mərkəzini, Oeiras şəhərində 17 kortlu “Lisboa Raket” Mərkəzini tikəcək.

Media yazır ki, çoxmilyonluq sərmayə ilə dəstəklənən bu layihə həm Portuqaliyada, həm də dünyada padel səviyyəsini yüksəltmək məqsədi daşıyır və Portuqaliya Padel Federasiyası “Ronaldo effekti” sayəsində əhəmiyyətli artım proqnozlaşdırır.

Kristiano padelin pərəstişkarıdır və tez-tez həm oğlu, həm də Corcina ilə oynayır.

Ronaldodan çoxmilyonluq sərmayə: Görün nə tikir - FOTO

Ronaldodan çoxmilyonluq sərmayə: Görün nə tikir - FOTO

Aut.az