Çexləri biabır etdi: Futbol oynamağı sevmirlər
Cənubi Afrika millisinin baş məşqçisi Huqo Broos DÇ-2026-da Çexiya ilə 1-1 hesablı heç-heçədən sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, ESPN Broosdan sitat gətirib:
“Onlar futbol və ya kombinasiyalı futbol oynamağı sevmirlər. Onlar çox birbaşa xətt üzrə oynayırlar və buna uyğun oyunçuları var. Bütün oyunçular hündürboydur. Buna görə də yüksək ötürmələrlə oynamaq bizim üçün çox çətin idi.
Çexiya da məhz bunu etdi, bəli, taktika da budur. Niyə məhz belə olduğunu deyə bilmərəm. Bu, məşqçinin qərarıdır və bəlkə də Çexiyanın məşqçisi olsaydım, mən də eyni şeyi edərdim.
Amma düşünürəm ki, əgər futbolu sevirsinizsə, deməli, bu gün Çexiyadan daha fərqli göstərdiyimiz oyunu bəyəndiniz”.
Aut.az
