DÇ-2026-da qalmaqal: Argentinalıları atəşə tutdular
Bir qrup argentinalı azarkeş 2026-cı il Dünya Kuboku matçına – Kanzas-Sitiyə gedərkən atəşə tutulduqlarını bildirib.
Aut.az xəbər verir ki, azarkeşlər iddia edirlər ki, Argentinanın Əlcəzairə qarşı ilk oyununa gedərkən başqa bir avtomobil onların taksisinə yaxınlaşıb və iki dəfə atəş açıb.
Azarkeşlər əvvəlcə bunun təkər partlaması olduğunu düşünüblər.
Sürücü maşını saxlayıb və avtomobildə güllə izlərini görüb.
“Biz polisə zəng etdik. Dəhşətli idi”, – deyə “New York Post” azarkeşdən sitat gətirib.
Qrup bildirib ki, polis hadisə yerinə gəlib, ifadələr alıb və sonra onları patrul maşınları ilə stadiona aparıb.
Argentina 3-0 hesablı qələbə qazanıb və Lionel Messi 2026-cı il Dünya Kubokunda het-trik edən ilk futbolçu olub.
Aut.az
