“Səbail”in yeni baş məşqçisi açıqlandı
“Səbail”in baş məşqçisi açıqlanıb.
Aut.az xəbər verir ki, paytaxt təmsilçisi bu posta Elnur Abdullayevi gətirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Elnur Abdullayevin son iş yeri I Liqa təmsilçisi “Şahdağ Qusar” olub.
