Özbəklər də yaponlar kimi etdilər – FOTO
Özbəkistan milli komandası Dünya Kubokunda ilk oyundan sonra nümunəvi addım atıblar.
Aut.az xəbər verir ki, məğlubiyyətin məyusluğuna baxmayaraq, matçdan sonra Özbəkistan komandasının oyunçuları və işçi heyəti paltardəyişmə otaqlarını təmizləyib və lövhədə ispan dilində “Çox sağ ol, Meksika! Dünya Kubokunda uğurlar! Rəhmət” yazıblar.
Özbəkistan 2026-cı il Dünya Kubokunun ilk turunda Mexiko şəhərində Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.


Aut.az
