Dünya cempionatı

Tuxel FİFA-ya müraciət etdi: Yalvarıram…

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Xorvatiya üzərində 4-2 hesablı qələbədən sonra FİFA-ya müraciət edib.

Aut.az xəbər verir ki, “Sky Sports” Tuxeldən sitat gətirib:

“FİFA-ya yalvarıram, himnlər çalınan zamanı fotoqrafların yerini dəyişdirin… Sadəcə komandamı görə bilmirdim. Bu anı səbirsizliklə gözləyirdim, bu, çox xüsusi idi və mən burada 50 fotoqrafın divarının qarşısında dayanmışdım. Bir dənə də olsun oyunçu görə bilmirdim”.

Dünya Kubokunda oyun başlamazdan əvvəl, hər iki komandanın heyətinə daxil olan bütün oyunçular meydanın mərkəzinə çıxırlar. Bu, böyük turnirdə ilk dəfə tətbiq olunur.

Aut.az