Ramos: Vicdanımız rahatdır
Meksikanın “Monterrey” klubunun ulduz müdafiəçisi Serxio Ramos klublararası dünya çempionatının 1/8 finalında “Borussiya” Dortmund ilə oyunda alınan 1:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, FIFA-nın mətbuat xidmətinə açıqlamasında bu sözləri deyib:
“Bu gün tribunadakı izdiham, azarkeşlərimiz və futboldan anlayışı olan insanlar gördülər ki, komanda bu oyunu qazanmaq üçün hər şeyi etdi. Bəzən futbolda hər şey istədiyin kimi gedir. Digər hallarda isə məğlubiyyəti qürurla və başıuca qəbul etmək lazımdır.
Biz ilk dəqiqədən sonadək fantastik oyun sərgilədik. Bilirdik ki, “Borussiya” ön xətdə sürətli və fiziki baxımdan güclü futbolçularla effektli olacaq. Onlar ilk 45 dəqiqədə çox səmərəli oynadılar… Vicdanımız rahatdır. Biz xoşbəxtik. Bəzən istədiyin kimi olmur”.
Aut.az
