Azərbaycan taekvandoçuları Avropa çempionatında birinci yeri tutdular
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında 6 medal qazanıblar.
Aut.az xəbər verir ki, məlumatı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.
Aydan Hüseynova (36 kq, “İrəvan”) ilə Rada Əsəd (44 kq, “Mübariz”) qızıl, İslam Quluzadə (33 kq, “Alpman”), Gökalp Çilingir (40 kq, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kq, “Alov”) gümüş, Əkbər Tağıyev (+30 kq, “Atlet”) isə bürünc mükafata sahib çıxıb.
Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.
