Azərbaycanlı hakim Avropa Liqasının oyunlarına təyinat aldı
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.
Aut.az xəbər verir ki, Zülfüqarov Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, iyunun 19–21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.
Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milliləri mübarizə aparacaqlar.
