Digər

III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pillədəki yerini qorudu

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub.

Aut.az xəbər verir ki, hazırda komandanın aktivində 7 qızıl, 18 gümüş, 31 bürünc medal var.

Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncüdür.

İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.