Digər

Olimpiya çempionu öldü

Üzgüçülük üzrə Olimpiya çempionu Yuri Prisekin vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Ümumrusiya Üzgüçülük Federasiyasının saytı məlumat yayıb. Onun 63 yaşı var idi.

Prisekin dəfələrlə SSRİ çempionu və Avropa kubokunun qalibidir (1979). 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında 4×200 m məsafəyə sərbəst üsulla estafetdə qızıl medal qazanıb.

1984-1990-cı illərdə Prisekin SKA üzgüçülük hovuzunda Olimpiya Tədris Mərkəzinin rəhbəri vəzifəsini tutub. 1997-2001-ci illərdə Krasnoqlinski rayonunun rəhbəri, Samara merinin birinci müavini və Samara vilayətinin vitse-qubernatoru olub.

Aut.az