Qaydasız döyüş

Topuriya Ağ Evdə çempionluğu itirdi

Bu gecə ABŞ-nin Vaşinqton şəhərində Ağ Evin cənub çəmənliyində təşkil olunan “UFC Freedom 250” turniri keçirilib.

Aut.az xəbər verir ki, gecənin əsas döyüşündə yüngül çəki dərəcəsinin çempionu, İspaniyanı təmsil edən gürcü əsilli Ilia Topuriya müvəqqəti çempion, amerikalı Castin Qeytci ilə üz-üzə gəlib.

Döyüş dördüncü raunddan sonra Qeytcinin qələbəsi ilə başa çatıb. Topuriya aldığı çoxsaylı zərbələr səbəbindən mübarizəni davam etdirə bilməyib. O, üçüncü raunddan sonra görmə problemi də yaşayıb.

Beləliklə, Topuriya peşəkar karyerasında 17 qələbədən sonra ilk məğlubiyyətini alıb. Qeytcinin hesabında isə hazırda 28 qələbə və 5 məğlubiyyət var.

Aut.az