İngiltərəDünya futbolu

PSJ futbolçusunu “Liverpul”a təklif etdi

PSJ klubu ukraynalı müdafiəçisi İlya Zabarnını “Liverpul”a təklif edib.

Aut.az xəbər verir ki, “Wilson Cox LFC”-nin məlumatına görə, tərəflər artıq futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparıblar.

Mənbənin bildirdiyinə əsasən, PSJ mersisaydlılara Zabarnını bir mövsümlük icarəyə götürməyi təklif edib. Razılaşmaya futbolçunun müqaviləsinin 55 milyon avro qarşılığında məcburi satınalma bəndinin daxil edilməsi nəzərdə tutulur.

İlya Zabarni 2025-ci ilin yayından PSJ-nin formasını geyinir. O, Paris təmsilçisinin heyətində 37 oyuna çıxıb və 1 qol vurub. “Transfermarkt” portalı 23 yaşlı ukraynalı müdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.