“Çelsi”nin ulduzu Madriddə ev axtarır
“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes karyerasını “Real Madrid”də davam etdirə bilər.
Aut.az xəbər verir ki, “El Nacional”ın məlumatına görə, argentinalı artıq Madriddə mənzil axtarır. O, bu yay “kral klubu”na qoşulmaq istəyir.
Lakin “Real Madrid” hələlik Fernandes üçün rəsmi təklif verməyib. Entso 2023-cü ildə 121 milyon avroya “Benfika”dan “Çelsi”yə keçib. Onun London klubu ilə müqaviləsi 30 iyun 2032-ci ilə qədərdir.
Bu mövsüm yarımmüdafiəçi “mavilər”in heyətində bütün yarışlarda 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” argentinalı futbolçunun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.
Aut.az
