Ağayev Avropa çempionatının yarımfinalında
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gəlib.
Əhməd Yusifov (60 kq) isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb.
Ə.Yusifov təsəlliverici görüşə çıxacaq.
