“Arsenal” qışda bu 3 futbolçunu sata bilər
“Arsenal” gələn qış hücumçuları Qabriel Jezus və Leandro Trossarı, eləcə də müdafiəçi Aleksandr Zinçenkonu satmağı düşünür.
Aut.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu Zinçenkonun cari mövsümün sonuna kimi “Nottingem Forest”də icarədə olmasına baxmayaraq, onu yanvarda sata bilər.
Trossard da son maaş artımına baxmayaraq “topçular”ı tərk etməyə açıqdır.
“Arsenal”ın adları çəkilən futbolçulardan heç birini “qovmaq” niyyətində olmadığı, lakin onlar üçün təklif alınacağı təqdirdə baxacağı vurğulanır.
Aut.az
