Dünya futboluİngiltərə

Dünya çempionundan “Yunayted”ə tövsiyə: PSJ-dən onu alın

“Mançester Yunayted”in keçmiş müdafiəçisi və Fransa millisinin heyətində dünya çempionu Frank Leböf “mankunianlar”a PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeriyə diqqət yetirməyi məsləhət görüb.

Aut.az xəbər verir ki, Leböufun sözlərinə görə, futbolçunun əsas keyfiyyəti komandanın maraqları naminə hər şeydən imtina etməyə hazır olmasıdır.

“Tribal Football” Leböfün sözlərini sitat gətirib:

“Düşünürəm ki, Uorren Zair-Emery “Mançester Yunayted” üçün əla transfer olardı, amma onun uğur qazanması üçün ətrafındakı oyunçulara ehtiyacı olacaq”. V

eteran həmçinin “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikin işinin keyfiyyətini və onun Zair-Emeri ilə eyni mövqedə oynamasını qeyd edib.

Aut.az