39 oyunluq seriya qırıldı
Qadınlar arasında voleybol üzrə Millətlər Liqası çərçivəsində Braziliya və İtaliya yığmaları üz-üzə gəlib.
Aut.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma Braziliya millisinin 3:2 (25:15, 25:22, 22:25, 24:26, 15:12) hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə Braziliya voleybolçuları İtaliya millisinin rekord həddə çatan 39 oyunluq məğlubiyyətsiz seriyasına son qoyublar. İtaliya yığmasının qələbə seriyası 2024-cü il iyunun 1-dən etibarən iki ildən çox davam edib.
Maraqlıdır ki, italiyalılar sonuncu dəfə də məhz Braziliya millisinə 2:3 hesabı ilə məğlub olublar.
Bu oyundan əvvəl hər iki komanda Millətlər Liqasında üç qələbə qazanıb. Braziliya Niderland (3:1), Dominikan Respublikası (3:1) və Bolqarıstanı (3:0), İtaliya isə Bolqarıstanı (3:0), Niderlandı (3:0) və Türkiyəni (3:1) məğlub edib.
