Qaydasız döyüş

UFC Paris turnirini rəsmən açıqladı

5 sentyabr 2026-cı il tarixində Fransanın Paris şəhərində UFC (Ultimate Fighting Championship) qarışıq döyüş sənətləri turniri keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə Şimali Amerika təşkilatının mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, UFC Paris tədbiri ənənəvi olaraq 2022-ci ildən bəri sentyabr ayında keçirilir. Keçən il “UFC Fight Night 258” 6 sentyabrda Fransada baş tutmuşdu.

Əsas döyüşdə Dağıstan əsilli fransız Nassourdin İmavov və braziliyalı Caio Borralho arasında oldu.

Döyüş tam beş raund davam etdi və İmavovun yekdil qərarla qələbəsi ilə başa çatdı. Bu, Nassourdinin ardıcıl beşinci qələbəsi idi.

Aut.az