Prezident olmaq istəyən Makqreqor millət vəkilləri və xalqdan görün nə istədi
UFC ulduzu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə o, öz “Instagram” hesabında açıqlama verib.
“İrlandiya vətəndaşları, həqiqi dəyişikliklərin vaxtı indi gəlib. Prezident kimi mən heç bir qanun layihəsini xalqın müzakirəsinə çıxarılmadan imzalamayacağam! Əgər mənim adımı prezident seçkilərində bülletendə görmək istəyirsinizsə, bu gün elə öz dairənizin deputatları ilə əlaqə saxlayın və onlardan mənim namizədliyimi irəli sürməyi tələb edin.
Deputatlar bizim icmalarımızın dayağıdır. Onlar Oirextasın (İrlandiya parlamenti – red.) deputatlarından daha çox çalışır və xalq üçün daha çox iş görürlər. Əgər siz deputatsınızsa və səsinizin eşidilmədiyini, əllərinizin bağlı olduğunu, icmanızın diqqətdən kənarda qaldığını düşünürsünüzsə, onda mənə dəstək verin. Namizədliyimi irəli sürün və mən sizə səsinizin eşidilməsi üçün platforma və güc verəcəyəm. Əgər Makqreqora səs vermək istəyirsinizsə, elə indi başlayın, yerli deputatınıza zəng edin və dəyişiklik tələb edin”, – deyə idmançı bildirib.
İrlandiyada növbəti prezident seçkiləri 2025-ci il noyabrın 11-də keçiriləcək. Hazırda ölkə prezidenti 2011-ci ildən bu vəzifəni icra edən Maykl Hiqqinsdir. Prezident ümumxalq səsverməsi ilə seçilir və səlahiyyət müddəti yeddi ildir. İrlandiyada prezident seçkiləri ilk dəfə 1938-ci ildə keçirilib və bu müddətdə ölkəyə 9 prezident rəhbərlik edib.
36 yaşlı Makqreqor Dublin şəhərində anadan olub. MMA karyerası ərzində 28 döyüş keçirib, onlardan 22-də qalib gəlib. O, eyni vaxtda UFC-də yüngül və yarım-yüngül çəki dərəcələrində çempionluq kəmərinə sahib olub.
