Hemilton Kardaşyana təşəkkür etdi
Yeddiqat dünya çempionu, “Ferrari” pilotu Luis Hemilton Monako Qran Prisində ikinci yeri tutduqdan sonra sevgilisi Kim Kardaşyana təşəkkür edib.
Aut.az xəbər verir ki, Hamilton mətbuat konfransında bildirib:
“Onun bu həftə sonu gəlib məni dəstəkləməsi çox xoş idi. Dostlarımdan danışmışkən, dəstək inanılmaz idi və ümumiyyətlə… Başqa nə deyə bilərəm? Ətrafınızda sizə azarkeşlik edən yaxşı insanların olması inanılmazdır. O, bunu hər gün mənim üçün edir”.
Aut.az
