TürkiyəDünya futbolu

Ərəblərin gözü özbəkdə: Bu qədər maaş verilsə…

“İstanbul Başakşehir”in hücumçusu Eldor Şomurodov klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, “Metaratings” onlayn portalının məlumatına görə, Səudiyyə Ərəbistanı klubları özbək hücumçusu ilə maraqlanır.

Bildirilir ki, Şomurodov hazırda Türkiyədə xoşbəxtdir. Lakin, sərfəli təklif alsa, klubunu dəyişməyə hazırdır. Eldor yeni klubunda təxminən 3 milyon avro qazanmaq istəyir. İstanbul klubu isə özbək hücumçunun satışından 8,5 milyon avro qazanmağı gözləyir.

Ötən mövsüm Şomurodov Türkiyə liqasında ən çox qol vuran iki oyunçudan biri oldu. O, icarə əsasında “İstanbul Başakşehir”də oynayıb, lakin Türkiyə klubunun bu yay hücumçunu “Roma”dan tam şəkildə alması gözlənilir.

Aut.az