Dünya futbolu

Superkubokunun sahibi bilindi

Belçikada Superkubok matçı keçirilib.

Aut.az xəbər verir ki, titul uğrunda son ölkə çempionu, eyni zamanda kubokun qalibi “Antverpen” və kubokun finalçısı “Mehelen” komandaları üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçəylə başa çatdığından penalti zərbələri yerinə yetirilib. Daha dəqiq oynayan “Antverpen” 5:4 hesabıyla qalib gələrək, Superkubokun sahibi olub.

Beləliklə, “Antverpen” bir mövsümdə üç titula yiyələnmiş oldu.