Dünya futbolu

Finalissimanın keçiriləcəyi tarix bəlli oldu

2024-cü il Avropa Çempionatının qalibi İspaniya ilə 2024-cü ildə Amerika Kubokunun qalibi Argentina arasında final matçı 2026-cı ilin martında baş tutacaq.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Qaston Edul məlumat verib.

Mənbənin sözlərinə görə, 2025-ci il təqvimində bu matçı keçirmək üçün yer yoxdur.

Xatırladaq ki, bu, tarixdə ikinci Finalissima  olacaq. Turnirin ilk qalibi Argentina komandasıdır. Həlledici görüşdə onlar İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib. Qolları Lautaro Martines, Anxel Di Maria və Paulo Dibala vurub.

Aut.az