Dünya futboluİspaniya

İddia: Yay transferinin sonuna qədər iki bomba partlayacaq

Futbol agenti Marko Kirdemir transfer pəncərəsi bitməmiş İspaniya La Liqasından Səudiyyə Ərəbistanı çempionatına iki yüksək səviyyəli transferin reallaşa biləcəyini iddia edir.

Söhbət “Real”ın yarımmüdafiəçisi Toni Kroos və “Barselona”nın hücumçusu Robert Levandovskidən gedir.

Kirdemirin sözlərinə görə, alman yarımmüdafiəçi ilə iki klub maraqlanır – “Əl-Hilal” və “Əl-İttihad”. Bu klublar Levandovskiyə də maraq göstərirlər.

Marko Kirdemir “Yay transferinin sonuna qədər iki bomba partlayacaq” deyir.

Aut.az