Azərbaycan futbolu

“Qarabağ”ın futbolçusu oynadı?

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi Bolqarıstanla yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, Plovdivdə keçirilən oyun Monteneqro komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yankoviç 58-ci dəqiqədə meydana daxil olub və hesab 0:0 olarkən məhsuldar ötürmə ilə yadda qalıb.

Monteneqronun növbəti yoldaşlıq oyunu Slovakiyaya qarşı olacaq (5 iyun).