“Milan” baş məşqçi axtarır: onunla əlaqə saxladı
“Milan” “Bornmut”u bu yay tərk edəcək baş məşqçi Andoni İraola ilə əlaqə saxlayıb.
Aut.az xəbər verir ki. bu barədə jurnalistlər Ben Ceykobs və Canluka Di Marzio məlumat yayıblar.
Bazar ertəsi “rossonerilər” Massimiliano Alleqrinin istefaya göndərildiyini rəsmən açıqlayıb. Onun rəhbərliyi altında komanda A Seriyasını 5-ci pillədə başa vurub və növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
43 yaşlı İraola 2023-cü ilin yayından “Bornmut”a rəhbərlik edir. Mütəxəssisin İngiltərə klubundan ayrılacağı ilə bağlı xəbərlərdən sonra onun xidmətində Almaniyanın “Bayer” və İngiltərənin “Kristal Pelas” klublarının da maraqlı olduğu bildirilib.
