İtaliya

Səhər oyanır, ora baxır və ruhlanır

“Roma”nın baş məşqçisi Can Piero Qasperini Romada səhər saatlarında onu nəyin ruhlandırdığını açıqlayıb.

Aut.az xəbər verir ki, jurnalist Canluka Di Martsio öz saytında Qasperinidən sitat gətirib:

“Səhər oyanmağı və Kolizeyi görməyi sevirəm – bu, şübhəsiz ki, günə başlamaq üçün yaxşı bir yoldur”.

“Roma”nın baş məşqçisi İtaliya A Seriyasında oktyabrın ən yaxşı məşqçisi seçilib. “Ayın məşqçisi” mükafatı idman mediasından ibarət münsiflər heyəti tərəfindən verilir.

İtaliya çempionatının 11 turundan sonra “Roma” 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Cədvələ eyni xalla Milan “İnter”i başçılıq edir, əlavə kriteriyalara görə Roma klubunu qabaqlayır.

Aut.az