İtaliya

Futbolçulara bunu qadağan etdi: Axmaqlıq etmək olmaz

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti futbolçulara bəzi qadağalar tətbiq edib.

Aut.az xəbər verir ki, mütəxəssis milli komandanın düşərgəsinə “PlayStation” gətirməyi qadağan edib.

“Bəzi oyunçular Spallettinin sakit olduğuna, “dişləmədiyinə” inanırdılar, amma səhv etdilər və indi bəzi şeyləri təmizləmək lazımdır. Bundan sonra onlar “PlayStation”ı evdə qoyacaqlar.

Gecələr diqqətlərini yayındırmaq üçün onlara kiçik bir oyun hazırlayacağam. Yanıma gələcəklər, gündüz verdiyim işi baş çatdırmayıblarsa, onlara axşamlar tapşırıq verəcəm.

Çünki millidə düzgün yolda qalmaq, fikri cəmləmək, axmaqlıq etməmək lazımdır.

Mən güclü komanda yaratmalıyam. Avropa çempionatını, sonra isə dünya çempionatını qazanmaq istəyirəm. Komandaya verdiyim çıxışlar hamının italyanlardan gözlədiyi çıxışlardır: biz Almaniyaya iştirak etmək üçün yox, qalib gəlmək üçün gedirik. Tariximiz bunu tələb edir.

İtalyanlar məsuliyyətli, sərt və cəsarətli komanda tələb edirlər”, – Spallettinin sözlərini “La Gazzetta dello Sport” sitat gətirib.

Aut.az