“Barsa” “Yuve”nin ilk təklifini rədd etdi: 70 milyon istəyir
“Barselona” qış transfer pəncərəsində müdafiəçisi Ronald Arauxonu buraxmaq fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Kataloniya klubu “Yuventus”un qışda uruqvaylını almaqla bağlı ilk təklifini artıq rədd edib.
Təklifin məbləği məlum deyil, lakin qeyd edilir ki, “Barsa” ən azı 70 milyon avroya uruqvaylı ilə ayrılmağa hazır olacaq.
Arauxo cari La Liqa mövsümündə oynamayıb. O, uzunmüddətli bud diz zədəsini dekabrda sağaldıb.
Aut.az
