Dünya futboluAzərbaycan futbolu

Nəriman məhsuldar ötürmə etdi, komandası mərhələ adladı – VİDEO

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda 1/4 finalda “Nyu York Siti” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 1:0.

Nəriman oyuna start heyətdə başlayıb və 64-cü dəqiqəyə qədər meydanda olub. O, komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

“Kolumbus Kryu” yarımfinalda “Orlando” ilə qarşılaşacaq.