“Real”ın gələcək futbolçusunun kumiri görün kimdir
Bu yay “Real”a keçəcək Braziliya “Palmeyras”ının hücumçusu Endrik kumirinin kim olduğu haqda danışıb.
Aut.az xəbər verir ki, Endrik “Barselona”nın keçmiş forvardı Luis Suaresin oyunundan ilhamlandığını etiraf edib.
“Mən Suaresin “Barselona”da çoxlu oyunlarını görmüşəm. Tiaqo Silva və David Luizi (söhbət Çempionlar Liqasının 2014/2015 mövsümünün 1/4 final mərhələsində “Barselona”nın PSJ-ni məğlub etdiyi oyundan (3:1) gedir, Suares həmin oyunda dubl edib – red.) aldadaraq PSJ-yə vurduğu qolu xatırlayıram. Ondan çox şey öyrəndim və o, “Qremio”da oynayarkən Braziliya futboluna çox şey gətirdi”, – “Mundo Deportivo” Endrikdən sitat gətiri.
Xatırladaq ki, dekabrın 22-də Suares Amerikanın “İnter Mayami” klubuna keçib. Bundan əvvəl uruqvaylı futbolçu Braziliyanın “Qremio” klubunda çıxış edib.
Suares 2014-2020-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində 36 yaşlı futbolçu bütün yarışlarda 283 matçda iştirak edib, 195 qol vurub, 113 məhsuldar ötürmə edib.
Aut.az
