İspaniya

Mourinyonun “Real”a gətirmək istədiyi ilk ulduzun adı açıqlandı

Jose Mourinyo yenidən “Real”a qayıdacağı halda, ilk böyük transfer kimi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini komandasında görmək istəyir.

Aut.az xəbər verir ki, insayder Ekrem Konurun iddiasına görə, portuqaliyalı mütəxəssis ispaniyalı futbolçunun transferində israrlıdır.

Bildirilir ki, İngiltərə klubu artıq futbolçu ilə müqavilənin uzadılması istiqamətində çalışır. Lakin Rodrinin yekun qərarı hələlik məlum deyil. Mənbənin iddiasına əsasən, ispaniyalı yarımmüdafiəçinin mümkün transferi Madrid klubuna təxminən 60-65 milyon avroya başa gələ bilər.

Rodri cari mövsümdə bütün turnirlərdə 32 oyunda iştirak edib və 2 qolla yadda qalıb. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 65 milyon avrodur.

Aut.az