Messidən növbəti şou, “İnter Mayami”dən yeni stadionda ilk qələbə
MLS-in müntəzəm çempionatında “İnter Mayami” doğma meydanda “Portland Timbers” üzərində 2:0 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, qaliblərin heyətində qolları Herman Berterame və Lionel Messi vurub. Argentinalı ulduzun hesabında həmçinin bir məhsuldar ötürmə də var.
Bu nəticə ilə “İnter” yeni arenası olan “Nu Stadium”da ilk qələbəsini əldə edib. Komanda daha əvvəl burada keçirdiyi ilk üç oyunda heç-heçə edib, bir görüşdə isə məğlub olub.
Aut.az
