“Barselona”dan tarixi nailiyyət: Bunu bacaran olmayıb
“Barselona” İspaniya çempionatında tarixi nailiyyətə imza atıb.
Aut.az xəbər verir ki, La Liqanın 37-ci turunda kataloniyalılar doğma meydanda “Real Betis” üzərində 3:1 hesablı qələbə qazanaraq mövsüm ərzində çempionat çərçivəsində keçirdikləri 19 ev oyununun hamısında qalib gəliblər.
“Squawka”nın məlumatına görə, bu, La Liqa tarixində 20 komandalı və 38 turluq format tətbiq olunmağa başladığı 1997/98 mövsümündən bəri ilk belə hadisədir.
Aut.az
